Dek 06, 2019 13:21 Asia/Baku
  • Hizbullah Livan xalqının tələblərinin gələn hökumətdə təmin olunmasına təkid edib
    Hizbullah Livan xalqının tələblərinin gələn hökumətdə təmin olunmasına təkid edib

Livan Hizbullahının siyasi şurasının sədri bu ölkə xalqının məişət və iqtisadi tələblərini haqlı və qanuni adlandırıb. Deyib ki, Livanın gələcək hökuməti sürətlə bu tələbləri həyata keçirməlidir.

İbrahim Əmin Əl-Seyyid dünən gecə Livan məclisi məsələləri üzrə müşavir nazir Mahmud Qəmati ilə görüşdə əlavə edib: Xalqın məişətinin təmini və istehsal bölmələrinin himayə olunması yeni nazirlər kabinetinin vəzifələrindən olmalıdır.

Qəmati də Hizbullah-ın gələcək hökumətdə iştirak edəcəyini bəyan edib və yeni nazirlər kabinetinin tez bir zamanda təşkil olunmasını istəyib.

İki tərəf həmçinin bu görüşdə vurğulayıb: Xalq, ordu və müqavimət kimi üç bucağa söykənmək Livanı sionist rejim, Amerikanın siyasəti və onun bölgədəki fitnəkarlığı qarşısında qoruyacaq.

Livan xalqı oktyabrın 17-də bu ölkədə məişət vəziyyətinə və iqtisadi böhrana etiraz olaraq aksiya keçirdi. Bu aksiya Səəd Əlhəririnin Livanın baş naziri vəzifəsindən kənara çəkilməsilə nəticələndi.

Yeni baş nazirin təyin edilməsinədək Səəd Əlhəriri hökumət işlərinin idarə edilməsinə başçılıq edəcək.

 

 

Teqlər