Knessetin üzvü: Netanyahu dövrü bitib
Sionist rejimin parlamentində ərəb partiyalarının müştərək siyahısının üzvlərindən olan Əhməd Əttəyyibi bildirib ki, mənsub olduğu siyahının əsas məqsədi sionist rejimin baş naziri Benyamin Netanyahunu devirməkdir.
İRNA-nın verdiyi məlumata görə, Ə.Əttəyibi sionist rejimin baş nazirinin dövrü artıq sona çatdığını bildirərək onun hakimiyyətdən kənarlaşdırılmalı olduğunu deyib.
Sionist rejimin baş prokuroru Avixay Mendelblit 21 noyabrda Benyamin Neanyahuya qarşı rəsmi cinayət işi qaldırıb və onu korrupsiya, saxtakarlıq və ümumi etimaddan su-istifadədə ittiham edib.
Netanyahu son aylarda 4 korrupsiya işinə cəlb olunub. Həmin işlər mediyalarda "1000 dosiyası" , " 2000 dosiyası" , " 3000 dosiyası" , " 4000 dosiyası" adları ilə tanınır.
Sionist rejimin baş naziri Netanyahu bu rejimin korrupsiya və əxlaqi pozqunluq ittihamı ilə cinayət işinə məruz qalan yeganə başçısı deyil, bu rejimdə belə hallar yayğındır.