İŞİD-ə qalib gələnlər İraqın islahatlarını həyata keçirə bilərlər
Dek 13, 2019 17:33 Asia/Baku
İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Kərbəla şəhərinin cümə namazı xütbələrində deyib: İŞİD-i məğlub edənlər islahatları da həyata keçirə bilərlər.
İraq mərcəiyyətinin nümayəndəsi və Kərbəla şəhərinin cümə namazı xitabətçi höccətulislam Əhməd Əlsafi öz çıxışında İŞİD-in İraqda məğlub olmasının ikinci ildönümü gününə işarə edib və islahatlar prosesinin həyata keçirilməsini İŞİD-lə savaşdan daha çətin məsələ adlandırıb.
O, bu meydanda qələbənin əsas şərtini etirazların dinc prosesinin irəlilədilməsi adlandırıb və belə əlavə edib: Bütün silahlar hökumətin nəzarətində və məhkəmə aparatı cinayətkarların işinə baxacaq yeganə mərkəz olmalıdır. Zira ölkənin sabitliyi və sülhün qorunması bu addımdan asılıdır.