Bəşşar Əsəd: Terrorçularla mübarizə, Amerikaya qarşı mübarizənin müqəddiməsidir
Suriya prezidenti terrorizmə qarşı mübarizəni ABŞ-ın Suriyada qeyri-qanuni iştirakı ilə mübarizənin müqəddiməsi adlandırıb.
Suriya prezidenti Bəşşar Əsəd bazar ertəsi günü yayılan Çinin “Phoenix” telekanalına verdiyi müsahibədə deyib: Suriyanın terrorçularla mübarizəsi Amerikanın iştirakını zəiflədir və Amerikanın hökmranlığı altında olan suriyalı qrupları Suriya hökumətinin bütün bölgələrin azad edilməsi üzrə səyləri ilə yanaşı olmağa qane edir.
Suriya prezidenti Amerikanın Suriya neftini oğurlayaraq Türkiyəyə satdığını bildirib və belə qeyd edib: Türkiyə birbaşa şəkildə keçmişdə İŞİD və Cibhətunnusrə terror qruplarının, indi isə Amerikanın həmkarlığı ilə Suriyadan oğurluq neftinin satışına birbaşa şəkildə müdaxilə edir.
Əsəd sonra Çinin “qurşaq-şose yolu” layihəsinə toxunub, onu beynəlxalq əlaqələr səviyyəsində strateji bir dəyişiklik adlandırıb və belə əlavə edib: Bu layihə hökmranlığa səy yerinə, müştərək maraqlar və iştiraka əsasən planlaşdırılıbdır.
Suriya prezidenti çinli şirkətlərin Suriya bazarındakı investisiyalarını alqışlayıb. O, əlavə edib ki, Çin Suriyanın yenidən qurulması sahəsində yardımlar təqdim edib. O, bildirib ki, əksər bölgələrin terrorçuların nəzarətindən azad edilməsilə sanksiyaların əvəzini çıxmaq üçün bir qrup çinli şirkətlə müzakirələr aparılıbdır.