Dek 23, 2019 19:48 Asia/Baku
  • İordaniyalılar Sionist rejimlə qaz müqaviləsinin ləğvini tələb etdilər
    İordaniyalılar Sionist rejimlə qaz müqaviləsinin ləğvini tələb etdilər

Bazar günü minlərlə iordaniyalı bu ölkənin parlament binasının qarşısında aksiya keçirərək Sionist rejimlə bağlanan qaz müqaviləsinin ləğv edilməsini tələb edib.

İRNA-nın məlumatına görə, iordaniyalı aksiyaçılar şüarlar səsləndiriblər və Sionist rejimlə qaz müqaviləsini bir növ işğalçılıq kimi dəyərləndiriblər.

İordaniya Nümayəndələr Məclisinin sədri Atif Əl-Təravəne parlamentdə qaz idxalı ilə bağlı sazişin ləğv edilməsinin sürətləndirilməsinə çağırıb.

ƏL-Tərəvəne Nümayəndələr Məclisinin  bazar gününə olan iclasında məclisin Hüquq Komissiyasından  işğal olunmuş Fələstindən qaz idxalının ləğv ediməsi layihəsinə təcili təşəbbüs göstərməsini istəyib.

İordaniya kralı II Abdullah bu yaxınlarda bu ölkənin bir qrup deputatının toplantısında elan etmişdi ki, Əmman hökuməti işğal olunmuş Fələstin ərazilərindən qaz idxalının ləğv edilməsinin qanuni yollarını nəzərdən keçirəcək.

İordaniyanın Dövlət Elektrik Şirkəti 2016-cı ildə ABŞ-ın "Noble Energy" şirkəti ilə Aralıq Dənizindəki Levitan qaz yatağından 15 il müddətinə təxminən 45 milyard kubmetr qazın İordaniyaya nəql edilməsinə dair  müqavilə bağlayıb.

İordaniya xalqı elə ilk günlərdən bu müqaviləyə kəskin etirazlarını bildiriblər və bu ölkənin parlamentində də bir nəçə görkəmli siyasi şəxsiyyət  bu razılaşmaya qarşı çıxıblar.

 

Teqlər