Dek 26, 2019 12:17 Asia/Baku
  • Suriya və müttəfiqlərinin ABŞ-ın sanksiyaları və təzyiqləri ilə mübarizədə ahəngdarlığı
    Suriya və müttəfiqlərinin ABŞ-ın sanksiyaları və təzyiqləri ilə mübarizədə ahəngdarlığı

Suriya prezidentinin media müşaviri ABŞ-ın siyasi və iqtisadi təzyiqləri ilə mübarizə üçün Dəməşqin öz müttəfiqlərilə koordinasiyasına təkid edib.

Bəsinə Şəban Amerikanın Dəməşqə və müttəfiqlərinə, xüsusən İrana və Rusiyaya qarşı təqzyiqlərinin artmasını tənqid edib. Bildirib ki, Dəməşq Amerikanın sanksiyaları ilə mübarizə üçün öz müttəfiqləri ilə xüsusi ölçülər götürübdür.

Şəban bildirib ki, Amerika sionist rejimə dəstək istiqamətindəki strateji dəlillərə görə, suriyalı didərginlərin öz ölkələrinə geri dönmələrinə icazə vermir.
O, əlavə edib: Amerika hökuməti elə zənn edir ki, maksimum təzyiq göstərmək yolu ilə Suriyanı geri oturmağa  məcbur edə bilər, halbuki bu hərəkətlərin bu ölkənin siyasətlərinə heç bir təsiri olmayacaq.

Amerika və müttəfiqləri daima Dəməşqi terrorçular tərəfindən Suriyada həyata keçirilən kimyəvi hücumlarda məsuliyyət daşımaqda günahlandırmağa çalışıblar ki, bu yolla bu ölkəyə qarşı hərbi hücum üçün bir bəhanəyə malik olmuş olsunlar.

 

 

Teqlər