İmran xan Yeni-Dehlinin müsəlmanlarla ayrı-seçkilik rəftarını tənqid edib
Pakistanın baş naziri bir daha Hindistan hökumətinin müsəlmanlarla ayrı-seçkilik rəftarını tənqid edib.
İmran xan bir çıxışda Hindistanda yeni vətəndaşlıq qanununun qəbul olunmasına toxunaraq, bildirib ki, bu qanun yalnız müsəlmanları kənara çəkmək üçündür.
Pakistanın baş naziri sonra deyib ki, Hindistan hökuməti aşkar şəkildə müsəlmanları təzyiq altında qoyubdur.
İmran xan vurğulayıb ki, Hindistan müsəlmanlarının hazırkı vəziyyəti Pakistanın əsasını qoyanların sözlərinə bir təsdiq möhürüdür. Onlar şəraiti düzgün dərk edərək, bu nəticəyə çatmışdılar ki, müsəlmanlar və hindlər bir-birilərinin kənarında yaşaya bilməzlər.
Hindistan senatı son zamanlar qonşu ölkələrdən olan qeyri-müsəlman azlıqlara vətəndaşlığın verilməsi layihəsini qəbul edibdir. Bu da Hindistan və bölgə müsəlmanlarının kəskin müxalifətləri və tənqidləri ilə üzləşibdir.