Dek 29, 2019 21:23 Asia/Baku
  • Donuz qripi 50 yəmənlinin ölümünə bais olub
    Donuz qripi 50 yəmənlinin ölümünə bais olub

Yəmənin səhiyyə nazirliyi bu ölkə xəstəxanalarında fövqəladə durumun elan olunması və donuz qripinə tutulmada şübhəli bilinən 1600 halın qeydə alınmasından xəbər verib.

Bu nazirlik bildirib ki, səud koalisiyasının Yəmənə qarşı müharibəsinə görə bu ölkədə səhiyyə və müalicə sisteminin dağılması nəticəsində Yəməndə donuz qripinə tutulmada şübhəli bilinən 1600 hal qeydə alınıbdır ki, indiyədək onların əlli nəfəri vəfat edibdir.

Yəmənin səhiyyə nazirliyi oktyabr ayında da bildirmişdi ki, bu ölkə/ səud koalisiyası tərəfindən səhiyyə və qida maddələri daşıyan gəmilərin dayandırılması və mühasirənin davam etməsi nəticəsində insan faciəsi ərəfəsindədir.

Səud koalisiyasının Yəmənə qarşı savaşı nəticəsində qripdən əlavə, vəba kimi xəstəliklər də bu ölkədə yayılıbdır.

 

Teqlər