ABŞ Bağdaddakı səfirliyinin bir qrup işçisini bu şəhərdən çıxardı
ABŞ qüvvələrinin Həşdüş-Şəbinin mövqelərinə qarşı hücumundan sonra bu ölkənin Bağdaddakı səfirliyinin əməkdaşlarından bir qrupu bu şəhərdən çıxarılıb.
İRNA-nın məlumatına görə, ABŞ ötən axşam dekabrın 29-da Bağdaddakı səfirliyinin onlarla işçisini şəhərdən çıxarıb və səfirlikdə sarı həyəcan siqnalı verilib.
Eyni zamanda ABŞ-ın İraqda iki əsas bazası sayılan, Əl-Anbar və Kərkük vilayətlərində yerləşən Eynul-Əsəd və K-1 bazaları tam hazır vəziyyətə gətirilib.
ABŞ-ın dronları bazar günü axşam İraq-Suriya sərhədi yaxınlığında yerləşən Əl-Qaim şəhərində Həşdüş-Şəbi qüvvələrinin 45 və 46 saylı briqadalarına hücum edib ki, nəticədə azı 25 nəfər şəhid olub, 51 nəfər də yaralanıb.
Əl-Anbar vilayətində yerləşən Həşdüş-Şəbinin əməliyyat qüvvələrinin komandiri Qasim Müslih ABŞ və Sionist rejimin bu hücumlardan məqsədlərinin İraq xalq səfərbər qüvvələrini zəiflətmək olduğunu bildirib.
İraq rəsmiləri və ölkənin siyasi qrupları da ABŞ-ın Həşdüş-Şəbinin mövqelərinə hücum etməsini qınayıb və onu bu ölkənin suverenliyinin pozulması kimi qiymətləndiriblər.
ABŞ və Sionist rejim İraq xalq səfərbər qüvvələrinin terrorçular qarşısında qələbəsindən sonra bu qüvvələrə qarşı təzyiqlərini artırıblar.