Əsəd: Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355252-Əsəd_suriya_xalqı_heç_vaxt_şəhid_soleymanini_unutmayacaq
Suriya prezidenti İslam İnqilabının Böyük Rəhbərinə müraciətdə general-leytenant Qasem Soleymaninin şəhadəti ilə bağlı başsağlığı verib və vurğualyıb ki, Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2020 17:15 Asia/Baku
  • Əsəd: Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq
    Əsəd: Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq

Suriya prezidenti İslam İnqilabının Böyük Rəhbərinə müraciətdə general-leytenant Qasem Soleymaninin şəhadəti ilə bağlı başsağlığı verib və vurğualyıb ki, Suriya xalqı heç vaxt şəhid Soleymanini unutmayacaq.

Bəşşar Əsəd bu müraciətdə yazıb: Tam əminik ki, bu cinayət müqavimət mehvərinin Amerikanın regiondakı təxribatçı siyasətləri, eləcə də dünyanın bütün zalım və təcavüzkar qüvvələri ilə mübarizənin davam etməsi üzrə əzmini artıracaq.

Suriya prezidenti bildirib: Şəhid Soleymaninin xatirəsi Suriya xalqının vicdanında daima yaşayacaq. Suriya xalqı heç vaxt onun terrorizmə və onun himayədarlarına qarşı müdafiədə Suriya ordusunun kənarında durması və müqavimətini unutmayacaq.