Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri şiə sakinli bölgələrə hücum ediblər
Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri Ərəbistanın şərqində yerləşən Qətif vilayətindəki şiə sakinli ƏL-Qədih və ƏL-Bihari qəsəbələrinə hücum ediblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, Səud qüvvələri hərbi karvan çərçivəsində zirehli texnika ilə iki şiə sakinli ƏL-Qədih və Əl-Bihari qəsəbələrinin küçələrini bağlayıb və sakinlərin qəsəbədən çıxmalarına mane olublar.
Bəzi mənbələr bu iki şiə sakinli qəsəbədə atışma və partlayışın baş verdiyini xəbər verirlər.
Bu hadisənin təfərrüatı hələlik bəlli deyil.
Ərəbistanın şərqindəki şiə sakinli bölgələr hər zaman Ali-Səud rejiminin zülmü və təzyiqlərinə məruz qalır və bu rejimin hərbçilərinin hücumu nəticəsində indiyə kimi onlarla nəfər öldürülüb və yüzlərlə vətəndaş, eləcə də sivil və siyasi fəal saxlanılıb.