Sionistlər bir fələstinli məktəbini yandırıblar
Yan 28, 2020 21:26 Asia/Baku
Sionist qəsəbə sakinləri qərb sahilində yerləşən bir fələstinli kəndinin məktəbini yandırıblar.
Sionistlər bu gün qərb sahilində yerləşən "Əynabus" kəndinə basqın edərək, bu kənddəki məktəbi yandırıb və rasist şüarlar veriblər. Onlar fələstinliləri evlərini dağıtmaqla hədələyiblər.
Sionistlərin bu təhrikedici hərəkəti elə bir şəraitdə baş verir ki, bütün qərb sahili və Qəzzə bölgəsi ABŞ prezidentinin "əsrin sövdələşməsi" adlandırılan bir planı təqdim etməsi ərəfəsində gərgin bir vəziyyətdədir.
Fələstin islami və milli qüvvələrinin nəzarət komitəsi amerikan "əsrin sövdələşməsi" planı ilə müxalifətdə bu günü və sabahı sionist rejimlə mübarizə və hiddət günü elan edibdir.