Fev 25, 2020 13:56 Asia/Baku
  • Misir, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətər ilə poçt əlaqələrini yenidən başlayacaqlar
    Misir, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətər ilə poçt əlaqələrini yenidən başlayacaqlar

Misir, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətərə poçt xidmətlərinin təqdim edilməsinə yenidən təşəbbüs göstərəcəklər.

İRNA-nın verdiyi məlumata görə, bir neçə ildir Qətər ilə əlaqələrini kəsmiş Misir, Səudiyyə Ərəibistanı və Bəhreyn bildiriblər ki, poçt xidmətləri sahəsində bu ölkə ilə əlaqələrini yenidən bərpa edəcəklər. 

Bu qərar həmin ölkələrin nümayəndələrinin ötən ay BMT-nin tabeliyində olan Ümumdünya Poçt Birliyi ilə görüşlərindən sonra qəbul edilib. 

Ümumdünya Poçt Birliyi də bir bəyanatda  sözü gedən ölkələrin bu qərarını müsbət qiymətləndirib.

Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir 2017-ci il iyunun 5-dən Qətər ilə diplomatik əlaqələri dayandıraraq, bu ölkəni quru, dəniz və havadan blokadaya aldılar. Bunun səbəbi Dohanın Ərrəyadın başçılıq etdiyi ərəb cərəyanını müşayiət etməkdən çəkinməsi idi.

  

Teqlər