Koronavirus qərbi Asiya ölkələrinə yayılır
Dünyanın bir çox ölkələrində olduğu kimi qərbi Asiya ölkələrində də koronavirus yayılıb.
İRİB-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bir məlumatda bildirib ki bu ölkədə 244 nəfər koronavirusa yoluxub və indiyədək 18 nəfər də bu virus nəticəsində həyatını itirib.
Bəhreynin Səhiyyə Nazirliyi də bu ölkədə 6 koronavirusa yoluxma halının qeydə alındığını bildirib. Məlumatda yoluxanların bəhreynli və Səudiyə vətəndaşları olduqları deyilir.
Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyinin rəsmiləri isə indiyədək bu ölkədə 50 nəfərdə koronavirusun təsbit olunduğunu və 18 nəfərin bu virus nəticəsində öldüyünü bildiriblər.
Küveynin səhiyyə rəsmiləri isə bu ölkədə koronavirusa yoluxanların sayının 8 nəfər olduğunu bildirib.
Omanın Səhiyyə Nazirliyi isə iki nəfərdə koronavirusun təsbit olunduğundan xəbər verib.
Ümumdünya Səhiyyə Təşkilatı da bir bəyanatda dünyanın bütün ölkələrini koronavirus qarşısında lazımı tədbirlər həyata keçirməyə çağırıb.