Mart 22, 2020 20:51 Asia/Baku
  • Q. Asiyada COVİD-19-a yoluxma artmaqda davam edir
    Q. Asiyada COVİD-19-a yoluxma artmaqda davam edir

Qərbi Asiya bölgəsində koronavirusa yoluxanların sayı artmaqda davam edir.

İnformasiya mənbələri bildiriblər ki, Ərəbistanda COVID-19-a yoluxma üzrə 119 yeni hal qeydə alınıb. Beləliklə, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 511 nəfərə çatıb.

İraq səhiyyə nazirliyi isə bildirib ki, 19 yeni koronavirus halının qeydə alınması ilə bu ölkədə COVID-19 xəstələrinin sayı 233 nəfərə çatıb.

Bəhreyn səhiyyə nazirliyinin məlumatına görə, bu ölkədə həmin virusa yoluxanların miqdarı 149 nəfərdir.

Küveytdə koronavirus daha 12 nəfəri özünə yoluxdurub və yoluxanların sayını 188 nəfərə çatdırıb.

Fələstin səhiyyə nazirliyi isə bir açıqlamada bildirib ki, Fələstində COVID-19-a tutulanların sayı 59 nəfərə çatıb. İki nəfər də Qəzzə zolağında bu virusa yoluxub.

BƏƏ səhiyyə nazirliyi də öz məlumatında bu ölkədə koronavirusa yoluxanların sayının 153 nəfərə çatdığını xəbər verib.

Sionist rejimin səhiyyə nazirliyi isə bildirib ki, 62 yeni koronaviruslu xəstənin qeydə alınması ilə işğal olunmuş ərazilərdə həmin virusa mübtəla olanların miqdarı 945 nəfərə yüksəlib.

COVID-19 QƏRBİ ASİYANI BÜRÜYÜB

Teqlər