Mart 26, 2020 09:52 Asia/Baku
  • Sionist rejim koronavirus tufanı qarşısında
    Sionist rejim koronavirus tufanı qarşısında

Sionist rejimin müharibə naziri qarşıdakı on gündə işğal olunmuş ərazilərdə koronavirus tufanının baş verəcəyini bildirib.

Sionist rejimin müharibə naziri Neftalı Bennet deyib: Koronavirusa yoluxanların və cismani vəziyyətləri təhlükəli şəraitdə olan şəxslərin sayı qarşıdakı günlərdə artacaqdır.

Bennet qeyd edib ki, yoluxanların böyük miqdarı koronavirus tufanında məhv olacaq. O, deyib: Koronavirusa yoluxanlar üçün tənəffüs aparatlarının sayı hazırda üç min ədədə çatır və bu miqdarın on min ədədə çatdırılmasına səy göstərilir.

Sionist rejimin səhiyyə nazirliyi dünən sionistlər arasında koronavirusa yoluxma üzrə 140 yeni halın qeydə alınmasından xəbər verib.

Beləliklə işğal olunmuş ərazilərdə koronavirusa yoluxanların sayı 2170 nəfərə çatıbdır.

Tənəffüs aparatları və digər tibb avadanlıqları çatışmazlığı sionist rejim başçılarının üzləşdikləri problemlərdəndir.

Bundan öncə ibridilli medialar bildirdilər ki, sionist rejim koronavirusla mübarizə və öz tibbi imkanlarını gücləndirmək üçün Amerikadan və Fars Körfəzi ətrafındakı ərəb ölkələrindən on min ədəd süni tənəffüs aparatı satın alacaq.

SİONİST REJİM COVID-19 TUFANI QARŞISINDA

Teqlər