May 03, 2020 18:00 Asia/Baku
  • İŞİD ünsürlərinin Kərbəlaya sızması dəf olunub

Əlhəşduşşəbi təşkilatının 26-cı diviziyası İraqın Kərbəla vilayətində yerləşən Əlnəxib səhrasına sızmaq istəyən İŞİD terror qrupu ünsürləri ilə mübarizədən xəbər verib.

Əlhəşduşşəbi təşkilatının 26-cı diviziyasının komandanı Heydər Əlmusəvi deyib ki, təkfirçi İŞİD terrorçularının səyi Əlhəşduşşəbi qüvvələrinin vaxtlı müdaxiləsi ilə uğursuz qaldı və onlar geri çəkilməyə məcbur oldular.

Əlhəşduşşəbi təşkilatının Samirra əməliyyatının komandanı Əbu Həsən Əlhələfi də İŞİD-in bu bölgədəki müqəddəs məkanlara çatmaq üzrə səyi barədə xəbərdarlıq edib və öz komandanlığı altında olan qüvvələrdən istəyibdir ki, İmameyn Əskərieyn(ə) hərəmini müdafiə etməyə hazır olsunlar.

Son bir neçə gün ərzində İŞİD-in sönük özəkləri ABŞ və Ərəbistanın dəstəkləri ilə İraqın Səlahəddin, Ziqar və Diyali vilayətlərində bir neçə terror hücumu həyata keçiriblər ki, bu da Əlhəşduşşəbi qüvvələrinin sürətli reaksiyası ilə üzləşibdir.

İŞİD ÜNSÜRLƏRİNİN KƏRBƏLAYA SIZMASI DƏF OLUNUB

Teqlər