İŞİD İraqda partlayış törətdi, xəsarət alanlar var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361587-İŞİd_İraqda_partlayış_törətdi_xəsarət_alanlar_var
Hadisə İraqın Səlahəddin əyalətinin Tuzxurmatu rayonunda baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2020 03:18 Asia/Baku
  • İŞİD İraqda partlayış törətdi, xəsarət alanlar var

Hadisə İraqın Səlahəddin əyalətinin Tuzxurmatu rayonunda baş verib.

İraqda İŞİD terrorçuları tərəfindən qoyulmuş bombanın partladılması nəticəsində bir neçə nəfər yaralanıb.

SəhərAzəri-in məlumatına görə, bu barədə yerli polisinin rəhbəri Hüseyn Əli "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, hadisə Səlahəddin əyalətinin Tuzxurmatu rayonunda baş verib. Bomba polislərin olduğu avtomobillərin keçdiyi yolun kənarına qoyulub.

Partlayış nəticəsində 4 polis əməkdaşı yaralanıb.