Suriyalılar ABŞ hərbi karvanının qarşısını kəsdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i361725-suriyalılar_abŞ_hərbi_karvanının_qarşısını_kəsdi
Tel-Tamranın qərb hissəsindəki Həsəkə şəhərinin kənarındakı Əl-Daşiş və Əl-Kahara kəndlərinin sakinləri, ABŞ qoşunlarının karvanının keçməsinə mane olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2020 09:10 Asia/Baku
  • Suriyalılar ABŞ hərbi karvanının qarşısını kəsdi

Tel-Tamranın qərb hissəsindəki Həsəkə şəhərinin kənarındakı Əl-Daşiş və Əl-Kahara kəndlərinin sakinləri, ABŞ qoşunlarının karvanının keçməsinə mane olublar.

Mayın 12-i Suriyanın şimal-şərqindəki Həsəkə şəhərinin kənarındakı bir neçə kəndin sakinləri ABŞ ordusunun konvoyunun keçməsinin qarşısını alaraq, onu geri dönməyə məcbur edib. Tel-Tamranın qərb hissəsindəki Həsəkə şəhərinin kənarındakı Əl-Daşiş və Əl-Kahara kəndlərinin sakinləri, ABŞ qoşunlarının karvanının keçməsinə mane olaraq, Suriya torpaqlarında xarici qüvvələrin olmasına qarşı olan şüarlar səsləndiribş

SəhərAzəri Parstoday-a istinadən xəbərə verir, bundan əvvəl Suriyanın şimal-şərq sakinləri dəfələrlə ərazidəki ABŞ qoşunlarının hərəkətində əngəllər yaradıb. ABŞ bundan əvvəl İraqdan keçərək Suriyaya dəfələrlə ağır silah və texnika yerləşdirib. ABŞ və müttəfiqləri terrorçu qruplaşmalarla mübarizə bəhanəsi ilə qeyri-qanuni olaraq Suriyada hərbi iştirakını (Suriya hökumətinin icazəsi olmadan) həyata keçirir. Suriya hökuməti ABŞ və müttəfiqlərinin Suriyadakı hərəkətlərinin işğal xarakterli olduğunu dəfələrlə vurğulayıb.