Bədr təşkilatının qəti qərarı
3 ölkənin səfiri qovulmalıdır
İraqın paytaxtı Bağdadda homoseksualların bayrağının qaldırılmasına reaksiya verən "Bədr" Təşkilatının baş katibi, Avropa Birliyi, Kanada və İngiltərənin səfirini ölkədən qovmağa çağırıb.
SəhərAzəri xəbər verir, Hadi Amiri, Avropa Birliyinin Bağdadda homoseksualların bayrağını qaldırma hərəkətinə cavab olaraq, belə bir hərəkətin İraq və İslam qanunlarını pozduğunu söyləyib.
Hadi Amiri bildirib ki, Avropa Birliyi nümayəndəliyinin və Bağdaddakı Britaniya və Kanada səfirliyinin homoseksualların bayrağını qaldırması hərəkəti, İraq cəmiyyətinin adət və əxlaqına zidd hadisədir. İraq qanunlarına qarşı açıq hörmətsizlikdir. İraq hökuməti əxlaqi pozğunluğa rəvac verdiklərinə xatir bu üç səfirinin qovulması üçün təcili tədbirlər görməlidir.
Qeyd edək ki, Avropa Birliyinin İraqdakı nümayəndəliyi dünən rəsmi olaraq ilk dəfə İraq daxilində homoseksualların bayrağını qaldırıb.