Fələstin muxtariyyətinin ABŞ və sionist rejimlə bütün müqavilələri ləğv edilib
Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas fələstinlilərin ABŞ və sionist rejimlə bütün müqavilələrini ləğv edib.
SaharAzeri xəbər verir: Mahmud Abbas sionist rejimin qərb sahilindən bəzi hissələri mənimsəməyə səy göstərməsindən sonra bildirib ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin muxtariyyəti daha Təl-Əviv və Vaşinqtonla müqavilələrindən heç birinə əməl etməyəcəkdir.
Abbas Amerikanı Fələstin xalqına tətbiq edilən zülm qarşısında müqəssir adlandırıb. Qeyd edib ki, Vaşinqton qəsbkar hərəkətlərində Təl-Əvivin şərikidir.
Sionist rejim başçıları son zamanlar razılaşdılar ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılmasını iyul ayından icra etsinlər.
Hesablamalar göstərir ki, bu hərəkət qərb sahili ərazisinin otuz faizindən çoxuna şamil olacaqdır.
FƏLƏSTİN MUXTARİYYƏTİ ABŞ VƏ SİONİST REJİMLƏ MÜQAVİLƏLƏRİ LƏĞV EDİB