May 22, 2020 13:40 Asia/Baku
  • BQXK Suriyanın şimal-şərqindəki insan böhranı haqda xəbərdarlıq edib

Beynəlxalq Qızıl Xaç Komitəsi koronavirus pandemiyasının qızğın çağında Suriyanın şimal-şərqindəki bölgələrdə geniş insan böhranı barədə xəbərdarlıq edib.

SaharAzeri xəbər verir: Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, Suriyanın şimal-şərq bölgələrində suyun kəsilməsi, qida maddələri çatışmazlığı və səhiyyə xidmətlərinin olmaması təhlükəsi koronavirus pandemiyasından az bir xətə deyildir.

Beynəlxalq Qızıl Xaç Komitəsi Suriyanın şimal-şərq bölgələrində koronavirusa altı yoluxma və bu virsudan bir ölüm halına toxunub. Bildirib ki, bu virus bu bölgə sakinilərinin üzləşdikləri problemlərə yeni bir problem əlavə edibdir.

Bu komitənin Əlhəsəkə şəhərindəki ofisinin sədri Kərim Mahmud da deyib: Suriyadakı 9illik böhranın nəticələri; su, ərzaq, dərman, elektrik çatışmazlığı, iqtisadi durumun ağırlığı, işi itirilməsi və qiymətlərin qalxması koronavirus pandemiyası kimi bu ölkənin şimal-şərq bölgələrindəki sakinlərdən milyonlarla nəfərin nigarançılığına bais olubdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da dünən deyibdir ki, İŞİD terror qrupu koronavirus pandemiyası, həmçinin Amerikanın və müttəfiqlərinin laqeydliklərindən sui-istifadə etməklə, Suriyanın şimal-şərqinə qarşı hücumlarını artırıbdır.

SURİYANIN ŞİMAL-ŞƏRQİNDƏKİ İNSAN BÖHRANI HAQDA XƏBƏRDARLIQ

Teqlər