İyun 06, 2020 15:49 Asia/Baku
  • Səud koalisiyasının qırıcıları 250 dəfə Yəməni bombardman ediblər

Yəmənin silahlı qüvvələrinin mətbuat katibi səud koalisiyası qırıcılarının ötən həftə ərzində Yəmənin müxtəlif bölgələrini 250 dəfədən çox hədəfə aldığından xəbər verib.

SaharAzeri xəbər verir, Yəmənin silahlı qüvvələrinin sözçüsü "Yəhya Səri" bu gün iyunun 6-da verdiyi açıqlamada bildirib ki, səud koalisiyasının qırıcıları ötən həftə ərzində "Məarib", "Əl-Couf", "Səna", "Ümran", "Sədə", "Beyza" vilayətlərini və Yəmənin Ərəbistanla həmsərhəd bölgələrini dəfələrlə bombalayıblar.

Rəsminin sözlərinə görə, səud koalisiyasının qüvvələri, həmçinin Əl-Couf, Məarib, Təiz, Zale və Beyza əməliyyat bölgələrində 15-dən çox nüfuz və hücum əməliyyatı həyata keçiriblər ki, ordu və xalq komitələri tərəfindən dəf edilib.

 Yəhya Səri 9 apreldən bəri səud koalisiyasının hava hücumlarının sayının 1836-ya və bu koalisiyanın əməliyyat bölgələrindəki hücum əməliyyatlarının 135-ə çatdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin mart ayından Yəmənə hərbi hücum edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və onun müttəfiqlərinin bu militarizmi indiyədək 16 mindən çox yəmənlinin həlak olması, onlarla nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnib.

Səudiyyə Ərəbistanın hərbi təcavüzü, həmçinin yoxsul Yəmən ölkəsini qida maddələri və dərman preparatlarının kəskin çatışmazlığı ilə üzləşdirib.  

 

 

Teqlər