İyun 11, 2020 19:38 Asia/Baku
  • 8 Avropa ölkəsi müstəqil Fələstin ölkəsini tanımağa hazırdır

Fəth hərəkatının mərkəzi komitəsinin üzvü səkkiz Avropa ölkəsinin müstəqil Fələstin ölkəsini rəsmən tanımağa hazır olmasından xəbər verib.

SaharAzeri xəbər verir, Əzam Ələhməd deyib: 8 Avropa ölkəsi sionist rejimin qərb sahilnin ərazilərini işğal etmək üzrə planına reaksiyada bildiribdir ki, birtərəfli surətdə və Avropa Birliyi ölkələri toplusundan kənar şəkildə müstəqil Fələstin ölkəsini rəsmən tanımağa hazırdır.

Fəth hərəkatının mərkəzi komitəsinin üzvü söyləyib: Fələstin BMT-də, o sıradan Baş Assambleyada və Təhlükəsizlik Şurasında iclas keçirməyə çalışır.

Avropa Birliyi qərb sahilindən daha çox ərazinin işğal edilməsi planı ilə müxalifdir.

Belə bir halda, bəzi sionist medialar xəbər veriblər ki, qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə əlavə edilməsi barədə sionist rejimin müharibə naziri Beni Qantz ilə bu rejimin baş naziri Benyamin Netanyahu arasında ixtilaf yaranıbdır.

Qanz və bəzi sionist partiayların sədrləri bu qənaətdədirlər ki, daha çox ərazinin ilhaq edilməsi planı sionist rejimlə İordaniya arasındakı əlaqələrin kəskinləşməsinə səbəb olacaqdır.

Sionist rejimin baş naziri iyulun birində qərb sahilindən bəzi hissələri işğal olunmuş ərazilərə qatmaq niyyətindədir.

 

 

Teqlər