İyun 11, 2020 22:35 Asia/Baku
  •  Bağdad kəmərində geniş hərbi əməliyyat

İraq Əl-Haşduş-Şabi qüvvələri cümə axşamı günü İraq-Suriya sərhədində hərbi təlim keçirib.

SaharAzeri xəbər verir, Bu barədə İraqın Əl-Haşduş-Şabi qüvvələrinə aid xəbər portalı məlumat verir, Əl-Haşd əl-Şabi-nin 19 saylı briqadası İraq-Suriya sərhədində qüvvələrin fəaliyyətini genişləndirmək və inkişaf etdirmək, sərhədləri təmizləmək və hər hansı bir düşməndən qorumaq üçün sahə bacarıqlarını gücləndirmək üçün təlimlər keçirdilər.

Sayt məşqlə bağlı əlavə məlumat verməyib.

Bağdad kəmərində geniş hərbi əməliyyatlar

Eyni zamanda İraqın Əl-Haşduş-Şabinin 2 saylı Briqadası əl-Fəyyaz bölgəsində və Bağdad kəməri və əl-Anbar əyalətinin səhrasında genişmiqyaslı birgə əməliyyat keçirdi.

Bu səhər başalmış əməliyyatda İraq Ordusunun 41-ci Briqadası və 10-cu Diviziyası ilə birlikdə 2-ci Əl-Haşduş-Şaabi Briqadasının Xüsusi Qüvvələri, Kəşfiyyat və Mühəndisliyi, Ordu Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Xüsusi Əməliyyatlar və Kəşfiyyat Birliyi Briqadası və digər təhlükəsizlik agentlikləri təlim keçirmiş.

Əməliyyatda əl-Anbar səhrasının dərinliklərində göstərilən məqsədlərə nail olundu.

 

Teqlər