İyun 23, 2020 07:31 Asia/Baku
  • Ərriyadda güclü partlayış səsi eşidilib

Səud mənbələri bu gün səhər tezdən Ərəbistanın paytaxtı Ərriyadda güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Səud mənbələri bildiriblər ki, bu partlayış Yəmən ordusunun PUA hücumları nəticəsində baş veribdir.

Ərəbistanda sosial şəbəkələrin fəallarının bildirdiklərinə görə, bu güclü partlayış Ərriyadın şimal hissəni lərzəyə gətiribdir.

Eyni zamanda, səud mediaları iddia ediblər ki, Ərəbistanın raket müdafiə sistemi yəmənlilərin PUA hücumları ilə mübarizə edibdir.

Hələ bu xəbər barədə artıq təfərrüat yayılmayıbdır.

Bundan öncə Yəmən ordusu vurğulamışdı ki, təcavüzkarların mövqeləri və iqtisadi təsisatları onların Yəmənə qarşı mühasirə və təcavüzlərinin davam edəcəyi zamanadək Yəmən raketləri və pilotsuzlarının hədəflərinə çevriləcəklər.

Yəmənin ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirəyə alınmasına rəğmən, günü-gündən artmaqdadır.

 

Teqlər