ABŞ-ın terrorçu qüvvələri İraq Hizbullahı batalyonlarının qərargahına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363741-abŞ_ın_terrorçu_qüvvələri_İraq_hizbullahı_batalyonlarının_qərargahına_hücum_ediblər
İnformasiya mənbələri bu gün səhər tezdən ABŞ-ın terrorçu qüvvələrinin Həşduşşəbi-nin qollarından olan İraq Hizbullahı batalyonlarının Bağdadın Əldurə bölgəsində yerləşən qərargahına hücum etmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2020 03:41 Asia/Baku
  • ABŞ-ın terrorçu qüvvələri İraq Hizbullahı batalyonlarının qərargahına hücum ediblər

İnformasiya mənbələri bu gün səhər tezdən ABŞ-ın terrorçu qüvvələrinin Həşduşşəbi-nin qollarından olan İraq Hizbullahı batalyonlarının Bağdadın Əldurə bölgəsində yerləşən qərargahına hücum etmələrindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, ABŞ-ın terrorçu qüvvələri bu hücumda qeyd olunan iraqlı qrupun üzvlərindən azı on üç nəfəri həbs ediblər.

Bəzi informasiya mənbələrinin bildirdiklərinə görə, amerikalı terrorçu qüvvələr 40 zirehli avtomobil və Amerikanın nəzarəti altında olan İraqda terrorizmlə mübarizə qüvvələrinin dəstəyilə İraq Hizbullahı batalyonlarının qərargahına hücum ediblər.

Amerikanlar heç bir sənəd və fakt təqdim etmədən İraq Hizbullahının bu 13 üzvünü Amerikanın İraqdakı maraqları və təsisatlarına hücuma səy göstərməkdə ittiham ediblər.

Müqavimətin tabeliyində olan teleqram kanalları bildiriblər ki, İraqdakı bütün müqavimət qrupları İraq Hizbullahı batalyonlarının üzvlərini azad etmək üçün amerikalılara 24 saat vaxt veriblər.

Yayılan xəbərlərə görə, İraqda Əlnəcba islami müqavimət hərəkatının qüvvələri terrorçu amerikan qüvvələrlə mübarizə aparmaq üçün Bağdadın yaşıl bölgəsinə tərəf hərəkət ediblər.

İraqlı «Əshabulkəhf» müqavimət qrupu amerikalılara xəbərdarlıq edibdir ki, əgər İraq Hizbullahı batalyonlarının həbs olunmuş qüvvələri azad edilməzlərsə, Amerikanın Bağdaddakı səfirliyini hədəfə alacaq.

Amerika və sionist rejim indiyədək bir neçə dəfə İraqın müxtəlif bölgələrində Həşduşşəbinin mövqelərini hədəfə alıblar.