ABŞ-ın terrorçu qüvvələrinin İraq Hizbullahı batalyonlarına hücumuna reaksiyalar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363761-abŞ_ın_terrorçu_qüvvələrinin_İraq_hizbullahı_batalyonlarına_hücumuna_reaksiyalar
Amerikanın terrorçu qüvvələrinin İraqda terrorizmlə mübarizə qüvvələrinin dəstəyilə İraq Hizbullahı batalyonlarının qərargahına hücumu geniş reaksiyalarla üzləşibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2020 11:07 Asia/Baku
  • ABŞ-ın terrorçu qüvvələrinin İraq Hizbullahı batalyonlarına hücumuna reaksiyalar

Amerikanın terrorçu qüvvələrinin İraqda terrorizmlə mübarizə qüvvələrinin dəstəyilə İraq Hizbullahı batalyonlarının qərargahına hücumu geniş reaksiyalarla üzləşibdir.

SəhərAzəri xəbər verir, «Əsaib Əhlulhəqq» hərəkatının rəhbərlərindən olan Cavad Əltəlibavi İraq Hizbullahı batalyonlarının qərargahına hücumu odla oyun adlandırıb və onun nəticələri haqda xəbərdarlıq edibdir.

İraq parlamentində Hikmət fraksiyasının nümayəndəsi Həsən Fədəm isə deyib: Həşduşşəbi qüvvələrinin qərargahına basqın və bu qüvvələrdən bir qrupunun həbs olunması təhrikedici hərəkətdir və onun axırı yaxşı olmayacaqdır.

Ərəb istifadəçilərdən bir qrupu da tvitter-də «Bizim mübarizlərimiz bizim qırmızı xəttimizdir!» kimi haştaqları trend etməklə Həşduşşəbi qüvvələrinə öz dəstəyini elan edibdir.

Amerikalı terrorçu qüvvələr bu gün səhər tezdən 40 zirehli avtomobil və Amerikanın nəzarəti altında olan İraqda terrorizmlə mübarizə qüvvələrinin dəstəyilə İraq Hizbullahı batalyonlarının Bağdadın Əldurə bölgəsində yerləşən qərargahına hücum ediblər. Amerikalı terrorçular bu basqında «Kətaib Hizbullah» üzvləri və komandirlərindən azı on üç nəfəri həbs ediblər.

Bu hərəkət Həşduşşəbi qüvvələrinin reaksiyası ilə üzləşib və onlar Bağdadın yaşıl bölgəsinə daxil olublar.

Son məlumatlara görə, Həşduşşəbi qüvvələrinin reaksiyasının ardınca həbs olunmuş qüvvələr azad ediliblər.