İyun 27, 2020 07:26 Asia/Baku
  • Beynəlxalq Amnistiya Səudiyyə rejimindən işgəncələrə son qoymasını tələb etdi

Beynəlxalq Amnistiya təşkilatı Səudiyyə rejimindən insan haqlarının pozulmasını dayandırmağı və məhbuslara, xüsusən həbsxanalarda olan qadınlara işgəncə verilməyə son qoymağı istəyib.

SəhərAzəri Dəyərlər-ə istinadla xəbər verir, qadın fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edərək, həbsxanalarda xeyli sayda qadın fəalın işgəncələrə məruz qaldığını bildirib.

Bundan əlavə Beynəlxalq Amnistiya həmçinin digər 22 qeyri-hökumət təşkilatı Səudiyyə rejimini və Myanma ordusunu “utanc siyahısına” salınmasını BMT-dən tələb edib.

Bu təşkilatlar BMT-nin baş katibi Antonio Quterresin Yəməndə uşaqlarının ölümünə görə məsuliyyət daşıyan Səudiyyə rejimini və uşaq əsgərlərindən istifadə edən Myanma ordusunu “utanc siyahısı” kimi bilinən “qara siyahı”dan çıxardığı üçün məyus olduqlarını bildiriblər.

 

Teqlər