İyul 03, 2020 15:18 Asia/Baku
  • Ənsarullah: Səudiyyə Ərəbistanının struktur mövqelərini hədəfə alacayıq

Yəmən Ənsarullah hərəkatı, Ali-Səudun hərbi və hökumət mövqelərini hədəfə alacağı ilə hədələyib.

SəhərAzəri xəbər verir, Ansarullah hərəkatının tabeliyində olan Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yahya Səri, cümə axşamı, Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb təcavüzkar koalisiyasının Yəmənə qarşı yeni bir hərbi əməliyyat başlatmasından bir neçə saat sonra deyib: Qüvvələrimiz Yəmən və onun xalqına qarşı təcavüz oxunun ucunda olan Səudiyyə Ərəbistanında əsas hərbi və hökumət qurumlarını hədəf almağa davam edəcək.
Yahya Sari davam etdi: "Səudiyyə hökumətinin tapdağı altında olan məzlum insanlara zərər verməyəcək hədəflər təyin etmişik."
O Əlavə olaraq deyib: “Təhdid dili ilə bizimlə danışmanın heç faydası yoxdur; Faydalı olsaydı, düşmənin təcavüzü bu günə qədər davam etməzdi. Düşmənin yalnız bir seçimi var o da budur ki, təcavüzü dayandırsın və mühasirəyə son qoysun.

Yəmən rəsmisi əlavə edib: "Yəmən xalqı aclıqdan və qıtlıqdan ölməyəcək." Hələ elan etmədiyimiz bir neçə variant var. Təcavüz və mühasirənin davam etməsi, cavabdeh olmağa davam etməyimiz deməkdir, Allaha şükürlər olsun ki, keçmiş hərəkətlərimiz bu gün dediklərimizin təsdiqidir.
Səudiyyə dövlət televiziyası cümə axşamı Ənsarullah və Yəmən ordusu və xalq komitələrinə qarşı yeni bir hərbi əməliyyatın başlandığını elan etdi.
Qərb və Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi koalisiya qüvvələri 5 ildir, Yəmən xalqına qarşı təcavüzlərini davam edir.

Teqlər