İyul 05, 2020 07:47 Asia/Baku
  • Səud mediası öz hörmətsiz hərəkətindən geri çəkilib

İraqda islami müqavimət qruplarının və xalqın virtual şəbəkələrdəki geniş reaksiyalarının kənarında müxtəlif siyasi lider və cərəyanların «Əşşərquləusət» qəzetinin İraqın ali dini mərcəyinə qarşı hörmətsiz təsvirinə kəskin etirazları sonda bu qəzeti həmin karikaturanı silməyə məcbur edib.

SəhərAzəri xəbər verir, "Əşşərquləusət" şənbə günü bir açıqlamada iddia edibdir ki, İraqdakı bəzi xəbər portalları cümə günü nəşr olunmuş karikaturaya qəsdən cəhət və məqsədlər veriblər, halbuki əsla belə olmayıbdır.

"Əşşərquləusət"in Ayətullah Sistaniyə qarşı karikaturanın silinməsini əsaslandırmaq üzrə iddialarının davamında deyilir: Bu media ölkələr, şəxsiyyətlər və dini mərcələr ilə rəftarda peşə qaydalarına sadiqdir və bu karikatura heç bir vəchlə İraqın ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistaninin şəxsiyyətinə işarə etməyibdir və o həzrət hörmət və təqdirə layiqdir.

"Əşşərquləusət" qəzetinin bu qərarı onun cümə günü bir təsvir yayaraq, İraqın ali dini mərcəyi Ayətullah Sistaniyə hörmətsizlik etməsi və İraqdakı müxtəlif ictimai və siyasi qrup və cərəyanların həmin hərəkəti pisləmələrindən sonra verilibdir.

Teqlər