İraq xalqı səud qəzetinin hörmətsizliyinə qarşı aksiya keçirib
İraq xalqı «Əşşərquləusət» adlı səud qəzetinin İraq şiələrinin ali dini mərcəyinə qarşı hörmətsizliyinə etiraz olaraq, aksiya keçirib.
SəhərAzəri xəbər veriri«Əşşərquləusət» cümə günü bir katikaturada İraq şiələrinin ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistaninin şəxsiyyətinə hörtmətsizlik edibdir ki, bu da Səudiyyəyə və onun medialarına qarşı hiddət və reaksiyalar dalğası ilə müşayiət olunubdur.
İraq xalqından yüzlərlə nəfər bu gün paytaxt Bağdadın küçələrinə çıxaraq, səud qəzetinin İraq şiələrinin ali dini mərcəyinə qarşı hörmətsizliyinə etiraz edib. Onlar ali-səudun siyasətlərini, həmçinin Amerika ilə Ərəbistanın İraqın daxili işlərinə qarışmalarını pisləyiblər.
İraqda islami müqavimət qruplarının və xalqın virtual şəbəkələrdəki geniş reaksiyalarının kənarında müxtəlif siyasi lider və cərəyanların etirazları, sonda bu qəzeti həmin karikaturanı silməyə məcbur edibdir.