İyul 05, 2020 19:40 Asia/Baku
  • Rusiya Qərbin Suriyaya münasibətini tənqid edib

Rusiyanın Baş diplomatı Qərbin Suriyada həyata keçirilən kimyəvi hücumlara yanaşmasını səhv hesab edib.

SəhərAzəri "Gənc Reportyorlar Klubu"na istinadla xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov özünün Tvitter səhifəsində yazıb: "Qərblilərin kimyəvi hücumlara yanaşmasında əsas problemi bu məzhəkə fərziyyədir ki, Suriya rəsmiləri mazoxizmə düçar olublar və heç bir fayda olmadan özlərini oda çəkirlər".

Rus rəsmisinin sözlərinə görə, Qərb bu məsələni görməməzliyə vurur ki, təkcə müxalifət kimyəvi maddələrdən silah kimi faydalanır.

Rusiyanın Suriyadakı Sülh Mərkəzi iyunun1-də bir bəyanat yayaraq, 15 terrorçudan ibarət bir qrupun mart ayının 2-də İdlib vilayətində zəhərli və kimyəvi silah-sursatı partlatmaq niyyətində olduğundan xəbər verib. 

Terrorçuların bu hərəkətdən məqsədi "Səraqib" şəhərinin qərbində Suriya hökumət qüvvələrinin irəliləməsini əngəlləmək və sonra da Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırmaq idi.

Rusiyanın Xarici İşlər Nazirliyi də bu yaxınlarda Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Qərbin planlarını həyata keçirmək üçün bir vasitəyə çevilməsi istiqamətində bir sıra müdaxilələrə məruz qaldığını vurğulayıb.

ABŞ və Avropa İttifaqı 2018-ci ildə rəsmi Dəməşqə qarşı Suriyanın Duma şəhərinə kimyəvi hücum etmək ittihamı irəli sürdülər. 

Rəsmi Dəməşq və Moskva bu ittihamları rədd edərək. bu hücumların terrorçu qruplaşmalar və "Ağ Papaqlılar" adı ilə tanınan qrup tərəfindən həyata keçirildiyini bildirdilər.

Teqlər