Nəsrullah: "İnkişaf və istehsal sahəsində İran modelinə diqqət yetirilməlidir"
Livan Hizbullahının Baş katibi dünən gecə keçirilən mərasimdə İran İslam Respublikasının son onilliklərdə ABŞ-ın zalımcasına sanksiyaları qarşısında müqavimətini alqışlayıb.
SaharAzeri xəbər verir,Fars xəbər Agentliyinin məlumatına görə, Seyid Həsən Nəsrullah etdiyi çıxışında İranın iqtisadi modelini alqışlayaraq, deyib: "Bu model İran İslam Respublikasının 40 il müddətinə ABŞ və müttəfiqlərinin geniş və qanunsuz sanksiyaları qarşısında müqavivət göstərməsinə imkan yaradıb".
İranın hazırda bir çox vacib sənaye, o cümlədən aeronavtika sənayesi sahəsində əhəmiyyətli inkişafa nail olduğunu və ərzaq malları, benzin, dizel yanacaq və elektrikin istehsalında özünütəminə çatdığını bəyan edən Livan Hizbullahının Baş katibi inkişaf və istehsal sahəsində İran modelinə diqqət etməyin vacibliyini vurğulayıb.
Seyid Həsən Nəsrullah, həmçinin İranın Livana neft məmulatlarını bu ölkənin pul vahidi yəni lirədə satmağa hazır oldunu bildirib və İranın bu hərəkəti böyük fədakarlıq kimi qiymətləndirib.
Livan Hizbullahının Baş katibi sözlərinin davamında ABŞ-ın Beyrutun daxili məsələlərinə müdaxiləsinə toxunaraq, qeyd: "Livan xalqının taleyini ABŞ səfiri və ya onun Xarici İşlər Nazirliyi deyil Livan hökuməti həll edəcək.
Seyid Həsən Nəsrullah ABŞ-ın Livanın daxili məsələlərində müdaxilələrini və Vaşinqtonun gərginlik yaratmalarını qınayıb və bu ölkə rəsmilərinə xitabən deyib: "Sizin Livan qarşısında yürütdüyünüz siyasət, gərginlik yaratmadan tutmuş blokada və sanksiyaya qədər bu ölkəni və onun müqavimətini sarsıda bilməyəcək".