İyul 11, 2020 20:27 Asia/Baku
  • Suriya ordusu ABŞ-a məxsus hərbi karvanın Əl-Həsəkədən qərbə keçməsinə mane oldu

Əl-Həsəkə əyalətinin qərbindəki üç kənddəki nəzarət məntəqələri bu gün ABŞ hərbi karvanının ərazilərdən keçməsinə maneə törədərək, onu öz bazasına qayıtmağa məcbur edib.

SəhərAzəri xəbər verir, Suriya ordusunun Əl-Həsəkə əyalətindəki nəzarət məntəqələri işğalçı qüvvələrin zirehli maşınlarından ibarət bir karvanın keçməsinə maneə törədib, həmin qüvvələri vilayətdəki qanunsuz bazalarına qayıtmağa məcbur edib.
Rəsmi SANA xəbər agentliyinin verdiyi  məlumata görə, Suriya ordusunun nəzarət postları ABŞ-ın hərbi maşınlarını əl-Həsəkə əyalətinin qərbindəki Elibat, Təl-Şamiran və Aşağı Mənsəf kəndlərindən keçmələrinə maneə törətdib, onları olduğu yerlərə qayıtmağa məcbur etdi.
Suriya ordusunu dəstəklənən Əl-Həsəkə əyalətinin qərbindəki kənd və qəsəbələrin sakinləri də, ABŞ hərbi karvanlarının qanunsuz bazalarına yaxın ərazilərdən keçməsinə dəfələrlə mane olublar.

Teqlər