İyul 13, 2020 08:37 Asia/Baku
  • İraqın baş naziri İranla sərhəd keçidlərinin genişləndirilməsini vurğulayıb

İraqın baş naziri İran İslam Respublikası ilə sərhəd keçidlərinin fəaliyyət səviyyəsinin yüksəldilməsinə təkid edib.

SəhərAzəri xəbər verir, İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Mustafa Əlkazimi İraq Milli Təhlükəsizlik Şurasının iclasında deyib: İraq hökuməti pozğun amillərin sərhəd keçidlərindən sui-istifadələrinə mane olmaq üçün böyük səylər göstərib və bu keçidlərin genişləndirilməsi üçün proqramlar nəzərdə tutubdur ki, onların fəaliyyət səviyyəsi yüksəlmiş olsun.

İraqın baş naziri İran İslam Respublikası ilə ticarət mübadiləsi üçün şənbə günü, koronavirus pandemiyasına görə bir neçə ay bağlı qaldıqdan sonra Məndəli, başqa sözlə, Sumar sərhəd keçidini yenidən açıbdır.

Əlkazimi bu iclasda Türkiyənin İraqın səması və torpağına qarşı təcavüzlərinin davam etməsinə toxunaraq, bu hücumların dayandırılması üçün Türkiyə ilə diplomatik dialoqların davam etdirilməsinə təkid edib. O, deyib: Bu kimi təcavüzlər İraq hakimiyyətinə qarşı təcavüz hesab olunur və iki dost və qonşu ölkə arasındakı möhkəm əlaqələrə ziyan vurur.

Teqlər