İyul 14, 2020 14:34 Asia/Baku
  • Yəmənlilər yeni ballistik raket növü əldə ediblər

Yəmən təbliğat idarəsinin müdir müavini bu ölkənin ballistik raketlərin yeni növünü əldə etdiyini bildirib.

SəhərAzəri xəbər verir, Dünən gecə Əlməsirə telekanalı ilə müsahibədə bu xəbəri verən briqada generalı Abdullah bin Amir qeyd edib ki, Səna tezliklə həmin raketi təqdim edəcək.

Yəmən milli qurtuluş hökumətinin baş nazirinin müdafiə və təhlükəsizlik məsələləri üzrə müavini general-mayor Cəlal Əlrəvişan da dünən gecə bu ölkənin ordusu və xalq komitələrinin PUA və raket gücünün artırılmasının davam etdirilməsini vurğulayıb. O, təcavüzkar səud koalisiyasına xəbərdarlıqla deyib ki, yəmənli qüvvələrin raket və PUA mənzili düşməni haqlayacaq bir tərzdə genişlənəcəkdir.

Əlməyadin telekanalına müsahibə verən Əlrəvişan Yəmənin ordusu və xalq komitələrinin dünən səhər tezdən səudiyyənin hərbi mərkəzlərinə qarşı keçirdiyi uğurlu əməliyyata da işarə edib. Bildirib ki, bu əməliyyatda səud düşmənin hərbi təsisatları və bazaları hədəfə alınıbdır.

Yəmən milli qurtuluş hökuməti baş nazirinin müavini sonra qeyd edib ki, bu əməliyyatda təcavüzkar səud koalisiyasına ağır maddi və insan xəsarətləri vurulubdur.

Yəmənin ordusu və xalq komitələrinin raket və PUA bölmələri təcavüzkar səud koalisiyasının təcavüz və cinayətlərinə cavab olaraq, dünən səhər tezdən Ərəbistanın cənubunda yerləşən Əbha və «Xəmis Muşayt» bölgələrindəki bir neçə hərbi mərkəzi hədəfə alıblar.

Yəmənin ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.

Teqlər