İyul 14, 2020 17:59 Asia/Baku

Jerusalem Post qəzeti İran-Çin strateji əməkdaşlıq müqaviləsini Təl-Əviv üçün “Xəbərdarlıq” adlandıraraq, sionist rejimin bu razılaşmadan narahat olmağa bir çox səbəbinin olduğunu yazıb.

SəhərAzəri xəbər verir, İran-Çin uzunmüddətli strateji əməkdaşlıq sənədindən narahatlıqlar tez bir zamanda ABŞ mediasından sionist KİV-lərinə sirayət edib.
Hekayə şənbə günü Amerikanın New York Times qəzetinin iddiası ilə başladı. Həmin Amerika mediası geniş iqtisadi və təhlükəsizlik ölçülərinə sahib İran və Çin arasında təklif olunan 18 səhifəlik saziş layihəsinin bir nüsxəsini əldə etdiyini iddia etdi. 
Bunun ardınca Jerusalem Post adlı Sionist qəzeti, İran və Çin arasındakı yeni əməkdaşlıq müqaviləsinin Təl-Əviv üçün bir “xəbərdarlıq siqnalı” adlandırdı, etiraf edib ki; Pekin və Tehran 25 illik çox milyardlıq iqtisadi təhlükəsizlik sazişi üzərində işləyirsə, İsrailin narahat olması üçün bir çox səbəblər mövcuddur.
Qeyd edək ki, İyulun 21-də İran İslam Respublikasının Nazirlər Kabineti tərəfindən 25 illik İran-Çin Hərtərəfli Əməkdaşlıq Planının yekun layihəsi təsdiqlənib və Xarici İşlər Nazirliyinə sənəd Çin tərəfi ilə imzalanana qədər son addımların atılması tapşırılıb.

Teqlər