Səud koalisiyasının qırıcıları Yəmənin müxtəlif bölgələrini bombalayıblar
Təcavüzkar səud koalisiyasının qırıcıları son 24 saat ərzində Yəmənin müxtəlif bölgələrini hədəfə alıblar.
SəhərAzəri xəbər verir, Əl-Məsirə telekanalının məlumatına görə, səud koalisiyasının qırıcılarının Məarib, Əl-Couf, Həccə və Əl-Beyza vilayətlərinə hücumları yaşayış massivləri və infrastrukturların dağıdılması ilə nəticələnib.
Səud koalisiyası, həmçinin cümə günü də Yəmənin qərbində yerləşən Əl-Hüdeydə vilayətinin müxtəlif bölgələrinə hücum edərək, atəşkəs rejimini 115 dəfə pozublar.
Səud koalisiyası qırıcılarının Yəmənə hücumları elə bir halda davam edir ki, Yəmənin Ənsarullah hərəkatı bu qırıcıların Əl-Couf vilayətinə etdiyi hücumlarında bir neçə uşaq və qadında daxil olmaqla, 31 mülki şəxsin həlak olmasından xəbər verib.
İsveçdə Səna və Ər-Riyad nümayəndə heyətləri arasında əldə edilmiş atəşkəs razılaşması 2018-ci il dekabrın 18-dən Yəmənin qərbində yerləşən Əl-Hüdeydə vilayətində qüvvəyə minib, Lakin səud koalisiyası onu hər gün pozur.
Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə Yəmənə hücum edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə hərbi hücumu indiyə kimi, on mindən çox yəmənlinin ölümü, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.