İyul 22, 2020 22:53 Asia/Baku
  • İraqın cənubundakı ABŞ hərbi karvanında iki bomba partladı

Təhlükəsizlik mənbələri İraqın cənubunda ABŞ hərbi texnikasını daşıyan karvanın hədəfə alındığını bildiriblər.

SəhərAzəri xəbər verir, həmin mənbələr mediaya bildiriblər ki, ABŞ hərbi texnikasını daşıyan karvan, İraqın cənubundakı Zi-Qar əyalətinin mərkəzi Qərbi Nasiriyyədə hədəfə alınıb və bu hücum iki bomba partlamasına səbəb olub.
Başqa bir mənbə də Əl-Məlumə Xəbər Agentliyinə bildirib: Amerikalı qüvvələrə aid maddi-texniki vəsaiti daşıyan bir bir karvan iki bomba ilə hədəfə alınıb, bu hadisə Zi-Qar əyalətində Əl-Bətha istiqamətində baş verib. Mənbə itkilər barədə məlumatın olmadəğını bildirib.

Teqlər