İyul 24, 2020 20:58 Asia/Baku
  • Sionistlər Hizbullah-ın müdafiə qüdrətini etiraf ediblər

Sionist rejimin dəniz bazasının komandanı vurğulayıb ki, Hizbullah sionist rejimin dənizin ortasında yerləşən qazçıxarma platformalarını hədəfə almaq qabiliyyətinə malikdir.

SəhərAzəri xəbər veriri, Bir sionist qəzet bu gün sionist rejimin Hayfada yerləşən dəniz bazasının komandanı Gil Aginskiyə istinadla Livan Hizbullahının dəniz hədəflərini nişan almaq üzrə hərbi gücünü etiraf edib.

Sionist rejimin dəniz bazasının komandanı söyləyib: Hizbullah hazırda öz müdafiə qabiliyyətlərini genişləndirməkdədir ki, gələcəkdə ehtimal olunan qarşıdurmalarda dənizin mərkəzindəki neft və qazçıxarma platformalarını hədəfə almış olsun.

Aginskiy deyib ki, sionist rejim ordusu Hizbullahın 33 günlük savaşda bir hərbi gəmini hədəfə alarkən ibrət dərsi aldı və hücum təhlükəsi qüvvədə qalmaqdadır.

 

Teqlər