Sionist rejim Hizbullah qisasından qorxduğu üçün atəşkəs təklif edib
İsrail mənbələri, sionist rejimin Livandakı Hizbullaha yeni bir müharibənin qarşısını almaq üçün Rusiya üzərindən atəşkəs haqqında bir mesaj göndərdiyini bildiriblər.
SəhərAzəri RusiyaƏlyovm-a istinadla xəbər verir, İsrail mediası məlumatlı mənbəyə istinadən yazır: "Hizbullah komandirlərindən birinin Suriyadakı hücumda öldürülməsinin ardınca, İsrail yeni bir müharibənin qarşısını almaq niyyəti ilə Livan Hizbullahına Rusiya vasitəsiylə atəşkəs mesajı göndərib."
Sözü gedən mənbə Küveyt Əl-Jəridə qəzetinə deyib: “İsrail çoxdan Suriyadakı hücumlarında Hizbullaha insan tələfatı vurmaqdan çəkinir, buna aydın dəlil isə sionistlərin onlarla son hücumlarında Hizbullah qüvvələrinin heç bir insan tələfatı olmayıb.”
Qəzet Müqavimətə mənsub bir mənbəyə istinadən bildirib ki; Hizbullah şübhəsiz qisas alacaq, çünki çəkindirmə yalnız güc yolu ilə mümkün olur və sionistlərə cavab verilməzsə onlar yenidən Suriya və Livana hücumlara təşviq olarlar.
İsrail ordusu, Hizbullahın mümkün hücumlarına qarşı çıxmaq üçün cümə axşamı Livan sərhədinə hərbi texnika göndərdiyini bildirib.