İyul 24, 2020 22:19 Asia/Baku
  • Netanyahunun ofisi qarşısında etiraz aksiyasında 50 nəfər həbs olunub

Minlərlə israilli bir daha işğal altındakı Qüdsdəki Baş nazirin ofisi qarşısında toplaşdı.

SəhərAzəri Al-Mayadin-ə istinadla xəbər verir, minlərlə israilli, Corona böhranı ilə əlaqədar etdiyi hərəkətlərə qarşı Baş nazir Benyamin Netanyahunun Qüdsdəki ofisi qarşısında etiraz aksiyası keçiriblər.
Bir sıra sionist də Netanyahuya dəstək olaraq Qüdsdə nümayişlər keçiriblər.
İvritdilli Haaretz qəzeti nümayişçilərin sayının 4000-dən çox olduğunu qeyd edərək polisin azı 55 nəfəri saxladığını bildirib.
Haaretz daha əvvəl Netanyahunun büdcə məsələsinə toxunmadan, noyabr ayında yeni seçkilər keçirmək qərarına gəldiyini bildirmişdi.
İsrail mediası hakim koalisiyanın yüksək səviyyəli liderlərinə istinadən bu il seçkilərin keçirilməsi təhlükəsi ehtimalının istisna olunmadığını bildirib.
İsrail mənbələrinin verdiyi məlumata görə, nümayişlər Baş nazirlik ofisi və Knessetin qarşısında baş tutub və sionist rejimin polisi ilə toqquşmalar baş verib.

Teqlər