Suriyada ABŞ-ın iki casusu həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365289-suriyada_abŞ_ın_iki_casusu_həbs_edilib
Suriyanın rəsmi xəbər agentliyi iki ABŞ casusunun bu ölkə qüvvələri tərəfindən həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2020 09:22 Asia/Baku
  • Suriyada ABŞ-ın iki casusu həbs edilib

Suriyanın rəsmi xəbər agentliyi iki ABŞ casusunun bu ölkə qüvvələri tərəfindən həbs edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA iyulun 29-da ABŞ tabeliyində olan Muğavir Əl-Sövrə terror qruplaşmasının üzvlərindən iki casusun Suriya qüvvələri tərəfindən bu ölkənin şərqində yerləşən Homs vilayətində həbs edilməsindən xəbər verib.

Saxlanılan bu iki casus ABŞ-ın əl-Tənəf bazasında təlim keçdiklərini və Əl-Qəryətəyn şəhərinə daxil olduqdan sonra Suriya ordusunun yerləşdiyi məkan və iqtisadi obyektlərdən fotolar çəkməyə daşladıqlarını etiraf ediblər.

Suriya ordusu bundan əvvəl də ABŞ-a bağlı bir neçə terrorçunu həbs edib.