Yəmən Ənsarullahı: "Səud rejimi dini məkanlarla şəxsi əmlakı kimi rəftar edir"
Yəmənin Milli Nicat hökuməti Ali Səudun Mədinə Və Məkkədəki dini məkanlarla şəxsi əmlakı kimi rəftar etdiyini vurğulayıb.
SəhərAzəri xəbər verir, Əl-Məsirə telekanalının məlumatına görə, Ənsarullaha bağlı olan Yəmənin Milli Nicat hökumətinin mətbuat katibi Zeyfullah Əl-Şami İslam dünyasının hökumətləri və xalqlarını səudların dini məkanlara münasibəti qarşısında konkret mövqe sərgiləməyə çağırıb.
Əl-Şami deyib: "Səud rejimi ABŞ və sionist rejimin müsəlmanlara qarşı nəhs planlarının icraçısıdır".
Bu ilki Həcc ziyarəti mərasimləri koronavirusun yayılması fonunda sərt sanitar-gigiyenik tədbirlərin altında və sosial məsafəni qorumaqla həyata keçirilir və zəvvarların sayı da keçən illərə nisbətən çox azdır və on min nəfərə çatır ki, onların da hamısı ya Ərəbistan vətəndaşıdırlar və ya bu ölkədə yaşayan əcnəbilərdirlər.