Həşdüş-Şəbi qərargahlarına ABŞ və sionit rejimi PUA-ları hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365298-həşdüş_Şəbi_qərargahlarına_abŞ_və_sionit_rejimi_pua_ları_hücum_edib
İraq parlamentinin üzvü Vaşinqton və Təl-Əvivin Həşdüş-Şəbi təşkilatına qarşı düşmənçilik hərəkətlərini ifşa edən sənədlərin mövcudluğundan xəbər verib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 30, 2020 14:14 Asia/Baku
  • Həşdüş-Şəbi qərargahlarına ABŞ və sionit rejimi PUA-ları hücum edib

İraq parlamentinin üzvü Vaşinqton və Təl-Əvivin Həşdüş-Şəbi təşkilatına qarşı düşmənçilik hərəkətlərini ifşa edən sənədlərin mövcudluğundan xəbər verib.

SəhərAzəri Əl-Məlumə xəbər portalına istinadla xəbər verir ki, İraq parlamentinin üzvü Faleh Əl-Xəzəli deyib: "Mövcud sənədlər Həşdüş-Şəbi bazalarına qarşı hücumların ABŞ və sionist rejim PUA-ları vasitəsilə həyata keçirildiyini göstərir".

İraqlı deputat bu ölkənin baş naziri Mustafa Əl-Kazimini bu haqda araşdırma başlatmağa çağırıb. İraq rəsmiləri və xalqı amerikalı hərbçilərin bu ölkədə qalmasına qarşıdırlar.

Əl-Fəth koalisiyasının İraq parlamentindəki təmsilçisi Fazil Cabir də deyib: "ABŞ Çin ilə soyuq müharibəyə xatir Bağdad-Pekin arasında imzalanmış müqavilənin icrasına mane olur".

İraqın şərqə dönüşü və ABŞ-dan uzaqlaşması Vaşinqtonun Bağdada görünməmiş təzyiq göstərməsinə səbəb olub.