Avq 06, 2020 09:54 Asia/Baku
  • Beyrut limanına dəyən ziyanın məbləği 10-15 milyard dollar civarındadır

Livan paytaxtı Beyrutun valisi baş verən partlayış nəticəsində bu şəhərə dəyən ziyanın məbləğinin 10-15 milyard dollar olduğunu açıqlayıb.

SəhərAzəri xəbər verir, Beyrut valisi Mərvan Əbbud dünən gecə verdiyi açıqlamada qeyd edib ki, hesablamalara Livan xalqı və dövləti üçün ən böyük fəlakət və böhran olan bu partlayışın vurduğu birbaşa və dolayı ziyanlar daxildir.

Beyrut valisi hadisə nəticəsində təxminən 300 min livanlının ev-eşiyini itirdiyindən xəbər verib.

Qeyd edək ki, avqustqn 4-də axşam saatlarında Beyrut şəhərində yerləşən pirotexnika anbarında başlayan yanğın yaxındakı ammonium nitrat anbarında dəhşətli bir partlayışa səbəb oldu. Livanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyədək bu hadisə nəticəsində ən azı 150 nəfər həlak olub və 4000 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Teqlər