YUNİSEF: Beyrut partlayışından sonra 80 min uşaq didərgin düşüb
Avq 07, 2020 15:54 Asia/Baku
BMT-nin uşaq fondu- YUNİSEF bildirib ki, Livan paytaxtındakı partlayış hadisəsi səksən min livanlı uşağın didərgin düşməsilə nəticələnib.
SəhərAzəri xəbər verir, YUNİSEF qeyd edib ki, bu uşaqlar qeyd olunan partlayışda öz ev-eşiklərini itiriblər.
YUNİSEF həmçinin bildiribdir ki, partlayışdan salamat qurtaran uşaqlar psixiloji şok içindədirlər. Bu BMT orqanı sonra qeyd edibdir ki, Beyrutda uşaqların və onların ailələrinin təcili və geniş ehtiyaclarının təmini üçün təqribən 4,5 milyon dollarlıq büdcəyə ehtiyac var.