İraqın Milli Təhlükəsizlik müşaviri: "ABŞ hərbçiləri çıxarılmalıdırlar"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365820-İraqın_milli_təhlükəsizlik_müşaviri_abŞ_hərbçiləri_çıxarılmalıdırlar
İraqın Milli Təhlükəsizlik müşaviri ABŞ hərbçilərinin bu ölkədən çıxarılması vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2020 12:09 Asia/Baku
  • İraqın Milli Təhlükəsizlik müşaviri:

İraqın Milli Təhlükəsizlik müşaviri ABŞ hərbçilərinin bu ölkədən çıxarılması vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, İraqın Milli Təhlükəsizlik müşaviri Qasım Əl-Ərəci Bağdadda ABŞ koalisiyası qüvvələrinin komandan əvəzi Cerald Striklənd və onu müşayiət edən heyətlə görüşdə, amerikalı hərbçilərin bir zaman cədvəli əsasında bu ölkədən çıxarılmasını xatırladıb.

ABŞ-ın rəhbərlik etdiyi qondarma anti-İŞİD beynəlxalq koalisiyası bundan əvvəl koalisiya ilə İraq hökuməti arasında razılaşdırılmış proqrama əsasən, İraqdakı qüvvələri və bazalarını azaldacağını elan etmişdi.

Son günlər İraq parlamentinin bəzi deputatları ABŞ-ın İraqın suverenliyini pozması ilə bağlı işin Mustafa Əl-Kazimiyə təqdim olunduğu bildiriblər və onun Vaşinqtonda izlənilməsini tələb ediblər.

Qərar üzrə Mustafa Əl-Kazimi gələn həftə ABŞ-a səfər edəcək.

Cari ilin beş yanvar tarixində İraq parlamenti ABŞ hərbçilərinin bu ölkə torpaqlarından çıxarılmasına dair bir qanun layihəsi təsdiq edibdir.