Avq 13, 2020 19:51 Asia/Baku
  • Fransa Türkiyənin İraqın şimalındakı hərbi əməliyyatını qınayıb

Fransanın Xarici İşlər Nazirliyi Türkiyənin İraqın şimalındakı hərbi əməliyyatını Ankaranın təhlükəli hərəkəti kimi xarakterizə edib və onu qınayıb.

SəhərAzəri "Rusiya Əl-Youm" xəbər kanalına istinadla xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq, Ərbil vilayətində iraqlı sərhədçilərin ölümü ilə nəticələnən Türkiyənin İraqın şimalına hava hücumunu qınayıb və Türkiyəni İraqın suverenliyinə hörmət etməyə çağırıb.

Fransanın Xarici İşlər Nazirliyi rəsmi Parisin bu təhlükəli hadisəni qınadığını və həqiqətlərin üzə çıxmasına çağırdığını elan edib.

İraq KİV-ləri avqustun 11-də bu ölkənin şimalında sərhəd qvardiyasının iclasına Türkiyənin PUA hücumundan xəbər veriblər. Bu hücum nəticəsində sərhədçilərdən iki zabit, iki əsgər, həmçinin bir müliki şəxs də həlak olubdur.

İraqın rəsmiləri və siyasi qrupları Türkiyənin Kürdüstan bölgəsinə hava hücumunu və iraqlı sərhədçilərdən bir neçə yüksək rütbəli hərbi zabitin öldürülməsini qınayıb, və Bağdadı bu təcavüzləri dayandırmaq üçün təcili tədbir görməyə çağırıblar.

Türkiyənin İraqın şimalına hərbi təcavüzü fonunda İraqın Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfirini nazirliyə çağırıb və ona nota verib.

Teqlər